Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, havanın bəzi yerlərdə çiskinli, səhər və gündüz isə dəyişkən buludlu olacağı proqnozlaşdırılır.
Bakıda temperatur gecə +4+6°, gündüz +10+12° isti təşkil edəcək. Abşeron yarımadasında isə gecə +4+7°, gündüz +9+13° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB