Benilüks ölkələrində yaşayan azərbaycanlıların 3-cü qurultayı Niderlandın paytaxtı Amsterdamda baş tutub. \"Benilüks Azərbaycanlıları Konqresinin üçüncü qurultayı\"nda başda Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov və bir sıra azərbaycanlı deputatlar olmaqla, çox sayda azərbaycanlı və türk gənclər iştirak edib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra prezident İlham Əliyevin qurultaya göndərdiyi təbrik mesajı oxunub.
Qurultaydan sonra Avropada fəaliyyət göstərən azərbaycanlı iş adamlarına və sənətçilərə uğur lövhəcikləri hədiyyə olunub.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB