Ballıqaya ərazisindən rayona uzunluğu 35 kilometr olan su xətti çəkilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Goranboy rayon "Su-Kanal" İdarəsinin rəisi Radiq Quliyevin veridyi məlumata görə, 2010-cu ilin oktyabrından başlanan su xəttinin çəkilişi artıq başa çatıb. Murov dağından rayona çəkilən içməli su xətti üçün 500 və 270 diametrli borulardan istifadə olunub və Ballıqaya yaxınlığnda, Qaraçay çayının üzərində 40 min tonluq su bəndi çəkilib və orda da işlər tam başa çatıb.
Nəzərdə tutulan daha üç bəndin ikisi Goranboyun Safıkürt kəndində tikilib, daha bir bəndin tikintisinə isə 2012-ci ilin aprel ayında başlanacağını deyən Radif Quliyev, onu da bildirdi ki, bu bəndlərin hər biri isə 1000 tonluqdur.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB