Goranboyda su və kanalizasiya xətləri dəyişdirilir

Goranboyda su və kanalizasiya xətləri dəyişdirilir

Uzun illərdir ki, bərbad vəziyyətdə olan şəhərin su və kanalizasiya xəttləri yenidən qurulur.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Goranboy rayon "Su-Kanal" İdarəsinin rəisi Radiq Quliyevin verdiyi məlumata görə, Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində rayonda kanalizasiya xəttləri dəyişdirilir. Rayonda 800 metr su xətti, 400 metr isə kanalizasiya xətti dəyişdirilib. Növbəti ilin sonuna qədər bu işlərin başa çatması nəzərdə tutulub.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə