Yaxın gələcəkdə yeni tarixi kitablar işıq üzü görəcək

Yaxın gələcəkdə yeni tarixi kitablar işıq üzü görəcək

Cari ilin sonu Rusiya Federasiyasında Dərbənd şəhərinin 5000 illiyi qeyd olunacaq. Bu barədə SİA-ya AMEA Tarix İnstitunun direktor müavini Cəbi Bəhrəmov məlumat verib. O bildirib ki, bununla bağlı institut tərəfindən beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Yaxın gələcəkdə nəzərdə tutulan və görüləcək işlər barədə danışan C.Bəhrəmov vurğulayıb ki, "İnzibati-amirlik dövründə Azərbaycan SSR-də kadr siyasəti (1920-1953-cü illər)" mövzusunda plan işinin əhəmiyyətini nəzərə alaraq onun müzakirədən sonra kitab şəklində nəşr olunacaq. O, "Borçalı tarixi" və "Dərbənd tarixi" kitabları üzərində işlərin tezliklə başa çatdırılmasının vacibliyini də qeyd edib. C.Bəhrəmovun sözlərinə görə, Azərbaycanın görkəmli alimi, tarix elmləri doktoru Tamilla Musayevanın 80 illik yubileyinin keçiriləcəyi ilə əlaqədar elmi sessiyanın keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə