Bayram günlərində qaz problemi olmayacaq

Bayram günlərində qaz problemi olmayacaq

Qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü "Azəriqaz" gücləndirilmiş iş rejimində işləyəcək. Qurumdan SİA-ya verilən məlumata görə, əhalini fasiləsiz qazla təmin etmək üçün "Azəriqaz"ın əməkdaşları ciddi iş rejimində çalışacaq: "Qeyd edək ki, bayram günlərində borcu olan abunəçilərə də "mavi yanacaq" fasiləsiz veriləcək. Bu il dekabrın 25-dən 2012-ci il yanvarın 5-ə kimi əhalinin qazla bağlı heç bir problemi olmayacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə