Yeni ilin gəlişi artıq Azneft meydanında hiss olunur

Yeni ilin gəlişi artıq Azneft meydanında hiss olunur

2012-ci ilin yəni yeni ilin gəlişinə sayılı günlər qalıb. Hər il olduğu kimi bu il də yeni il ilə bağlı paytaxtın müxtəlif yerlərində şam ağacları quraşdırılıb. SİA-nın xəbərinə görə, paytaxtın gözəlliyinə göz oxşayan Azneft meydanında quraşdırılan şam ağacı artıq yeni ilin bir astanasında oluğumuzdan xəbər verib. Ağacın hündürlüyü 12 metrə yaxındır. Bakının küləkli şəhər olması nəzərə alınaraq bu il quraşdırılmış \"yolka\"ların hündür olması məqbul hesab edilməyib. Ağac demək olar ki, tam dəmir konstruksiyalardan yığılaraq yaşıl örtüklə üzlənib və bəzədilib. Qeyd edək ki, ötən il olduğu kimi bu il də "Azadlıq" meydanında quraşdırılacaq \"yolka\" digərlərindən bir qədər fərqlənəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə