ABŞ-ın Nyu-York şəhərində ilk Azərbaycan teatrının əsası qoyulub. SİA-nın xəbərinə görə, Azərbaycan Nyu-York Assosiasiyasının nəzdində fəaliyyət göstərməyə başlayan Nyu-York Azərbaycan Teatrı öz pərdələrini Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşası ilə açıb.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti, Sumqayıt Dövlət Musiqili Dram teatrının baş rejissoru Firudin Məhərrəmovdur. Tamaşada rolları Azərbaycan Nyu-York Assosiasiyasının gənc və orta nəsil nümayəndələri oynayıblar.
Mirzə Fətəli Axundovun 200 illik yubileyinə həsr olunmuş tamaşanın bədii tərtibatı Telman Cəlilova məxsusdur. Tamaşanın Vaşinqtonda, Hyustonda və ABŞ-ın daha bir neçə şəhərində oynanılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB