AMEA Tarix İnstitutunun illik hesabat iclası keçirilib

AMEA Tarix İnstitutunun illik hesabat iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstutu illik fəaliyyətinə həsr olunan hesabat iclası keçirib. SİA-nın xəbərinə görə, institutun direktoru, AMEA-ın müxbir üzvü Yaqub Mahmudov dekabrın 31-də institutda müxtəlif dillərin öyrənilməsi ilə bağlı son illər yaranmış problemlər haqqında söhbət açıb. O, Azərbaycanın qədim və orta əsrlər tarixi şöbələrinin gənc əməkdaşları və aspirantlarının şərq dilləri üzrə təşkil olunacaq məşğələlərə cəlb edilməsini tövsiyə edib.

İnstitutun direktor müaviniCəbi Bəhramovinstitutun 2011-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sonda institutun veb-portalı ilə bağlı məsələ müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə