Bu gündən metroda gediş haqları pul vahidi ilə göstəriləcək

Bu gündən metroda gediş haqları pul vahidi ilə göstəriləcək

Bu gündən etibarən Bakı Metropolitenindən istifadə edən sərnişinlərin gediş kartlarına yüklənmiş məbləğ, gedişlərin sayı ilə yox, pul vahidi kimi ifadə olunacaq. Artıq bununla bağlı metrostansiyalarının qarşısında sərnişinlərə xəbərdarlıq edilib.


Yenilin nedən ibarət olacağı ilə bağlı məlumat almaq üçün Bakı Metropoliteninin mətbuat xidmətinə müraciət etdik. Xidmətin rəhbəri Nəzakət Tarıverdiyeva bildirdi ki, gediş haqqı ödənilməsində yenilik bu gün saat 06:00-dan etibarən tətbiq olunacaq: "İndiyə kimi yüklənmiş gedişlərin sayı göstərilirdi. Ancaq bu gün saat 6-dan sonra gediş kartlarına yüklənmiş məbləğ göstəriləcək. Sərnişinin kartından hər gediş üçün isə 20 qəpik çıxılacaq və post terminal və PKAY aparatlarında çıxılan məbləğ görünəcək. Yeniliklə bağlı aparatlarda artıq əməliyyatlar aparılıb. Turniketlər kartlardakı gedişlər avtomatik olaraq pul vahidinə çevriləcək".



Bütün xəbərlər Facebook səhifəmizdə