Qarşılıqlı əməkdaşlıq və mədəni əlaqələr sistemində rus dilinin rolu müzakirə edilib
Bu gün Bakıda "Millətlərarası münasibətlər, qarşılıqlı əməkdaşlıq və mədəni əlaqələr sistemində rus dilinin rolu" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Rusiyanın Azərbaycandakı Səfirliyinin əməkdaşları, ölkədə fəaliyyət göstərən Rusiyanın ictimai təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edib. Konfrans Azərbaycandakı rusiyalı soydaşların ictimai təşkilatları Əlaqələndirmə Şurasının təşkilatçılığı və Rusiya Səfirliyinin dəstəyi ilə keçirilib.
Rusiyanın Azərbaycandakı icmasının nümayəndəsi Boris Boronin tədbirin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. O bildirib ki, tədbirin keçirilməsində məqsəd millətlərarası əlaqələrin qorunması, mədəni və tarixi münasibətlərin inkişafına daha da təkan verməkdir. Onun sözlərinə görə, tədbirin əsas müzakirə mövzularından biri də rusiyalı soydaşların maraq və hüquqlarının qorunması, gənclərin ictimai təşkilatların fəaliyyətinə cəlb edilməsi, milli adət-ənənələrin gənclər arasında yayılması, gənclər arasında xalqlarn tarix və mədəniyyətinə dəstək verilməsi və digər məsələləri əhatə edəcək.
Azərbaycan və Bakı yepiskopu Aleksandr Ata rus dilinin cəmiyyətin bütün sahələrindəki rolundan danışıb. Onun sözlərinə görə, ölkədə təkcə daşıyıcılar deyil, Azərbaycandakı köklü xalqlar da rus dilinə maraq göstərir: "Bu gün Azərbaycanda hələ də rus dili öz əhəmiyyətini itirməyib və bütün sahələrdə istifadə olunur. Ökədə rus dilli məktəblər, ali təhsil ocaqları fəaliyyət göstərir, hətta bütün məktəblərdə rus dili bir fənn kimi tədris olunur".
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Rəşad Əliyarlı isə konfransın keçirilməsinin yüksək əhmiyyətindən danışıb.
Tədbirin sonunda yekun qətnamə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB