Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi və əməkdaşları bu gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Müdafiə sənayesi naziri Yavər Camalov və nazirliyin digər əməkdaşları Heydər Əliyevin məzarı önünə əklil qoyublar.


Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üstünə gül dəstələri düzülüb.


MSN rəhbərliyi daha sonra Şəhidlər xiyabanını ziyarət edib, "Əbədi məşəl" kompleksi önünə əklil qoyulub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin 16 dekabrında Müdafiə Sənayesi Nazirliyi yaradılıb. İlham Əliyev 2009-cu ilin noyabrın 10-da Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il dekabrın 17-si MSN işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə