Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 16-da saat 10.45-dən 10.50-dək və 11.05-dən 11.10-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 17-də saat 00.10-dan 00.30-dək və 01.40-dan 01.50-dək Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə