Bu gün Bakıda çiskinli hava gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi ərazilərdə çiskinli olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı, qıraq şərq rayonlarında isə çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta təşkil edəcək.


Hava haqqında qısa icmal: Yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə