Bakı-Moskva-Bakı marşrutu üzrə biletlərin qiyməti aşağı salındı

Bakı-Moskva-Bakı marşrutu üzrə biletlərin qiyməti aşağı salındı
"Azərbaycan Hava Yolları" QSC Bakı-Moskva-Bakı marşrutu üzrə biletlərin qiymətini 382 manatdan 203 manata qədər endirib. SİA-nın verdiyi məlumata görə, Bakı-Moskva marşrutu üzrə biletlərin minimum qiyməti 180-dən 109 manata aşağı salınıb. Lakin biletlərin qiyməti onların mövcud sayda qalmasından asılı olaraq dəyişə bilər.

"Bu marşrut üzrə biletlərə təyin edilən minimum qiymət onların genişləndirilməsi prosesi tam başa çatana qədər fəaliyyətdə olacaq", - QSC-dən bildiriblər. AZAL-dan deyiblər ki, bu marşrut üzrə biletlərin qiymətinin endirilməsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədardır.

Həmçinin, bayram günlərində QSC Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə aviyareyslərə 137 manat səviyyəsində xüsusi tariflər tətbiq edib. Müvafiq olaraq, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə biletlərin minimum qiyməti 79 manat səviyyəsində müəyyənləşdirilib. Göstərilən qiymətlərə bütün vergi və yığımlar daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə