Əhalinin yanacağa olan təlabatını qismən ödəmək məqsədilə 2011-ci ilin 11 ayı ərazində müəssisələr üzrə 38482 m3 həcmində oduncaq tədarük olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, cari ilin 11 ayı ərzində, 3,75 hektar meşə fondu ərazisində yanğın baş verib. Ancaq profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib.
Aparılmış yoxlamalar zamanı 125519 manat köküstə nırx dəyərində 20994 m3 həcmində ağacın özbaşına kəsildiyi müəyyənləşdirilərək aktlaşdırılıb və qanunamüvafiq tədbirlər görülüb. Meşə qanunvericiliyinin pozulması halları ilə bağlı hüquq-mühafizə orqanlarına göndərilmiş 222 işdən 117 işə baxılması təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB