Ölkədə 2073 bankomat var

Hazırda paytaxtda Bakı və regionlar üzrə bankomatların sayı 2073-dür. SİA-nın Mərkəzi Banka istinadən verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 205 ədəd çoxdur. Bankomatların 1154-ü Bakıda, 919-u digər şəhər və rayonlarda yerləşir. Post-terminallar 12 min 477 ədəddir. Post-terminalların 11463-ü Bakıda, 1014-ü isə digər regionlarda yerləşir. Dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 9 faiz artaraq 4 milyon 471 minə çatıb.


Bütün xəbərlər Facebook səhifəmizdə