Ağdamın cəbhəyani yaşayış məntəqələrində yeni fərdi yaşayış evləri tikilir
Ağdamda cəbhəyani yaşayış məntəqələrində yeni fərdi yaşayış evləri tikilir. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, xəbərinə görə, rayonun Çıraqlı kəndində dövlət proqramı çərçivəsində 28 ev yenidən tikilir, 40-dan çox ev isə əsaslı təmir edilir.
Rayonun Çıraqlı kəndindəki evləri Ermənistan ordusu tərəfindən müxtəlif silahlardan xüsusi ilə ağır atıcı silahlardan açılan mərmilər darmadağın edib. Cəbhə kəndindən evləri dağılmış sakinlər üçün isə yeni mənzillər tikilir.
Ermənistan ordusu günün müxtəlif saatlarında işğal altında yerləşən Başqərvənd və Şıxlar kəndlərində kəndi atəşə tutduğundan sakinlərin həyat şəraiti çətinləşib. Tez-tez atəşkəsin pozulduğu kəndə elə bir yer olmaz ki, orda güllə izi olmasın. Daimi atəşə tutulan kənddə ən çox ziyan isə evlərə dəyir.
Evlərin dam örütüyü dəyişdirilərək yenisi ilə əvəz edilir.Bu günlərdə təmir və bərpa işlərinə başlanacaq.
Qeyd edək ki, dövlət vəsaiti hesabına tikilən yeni fərdi yaşayış evləri üç və dörd otaqlıdır. Hazırda tikintisi başlanan evlərin bünövrəsi beton örtüklə bərkidilir. Yaxın bir neçə ayda evlərin tam inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulub.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB