QHT-lərə Dövlət Dəstəyi Şurasının 4 illik fəaliyyəti Qəbələ və Xaçmaz şəhərlərində də müzakirə edilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının 4 illik fəaliyyəti Qəbələ və Xaçmaz şəhərlərində də müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş məlumatlandırma sessiyaları Qəbələ və Xaçmaz şəhərlərində davam edib.

Qurumdan SİA-ya verilən xəbərə görə, tədbirlərdə çıxış edən Şura əməkdaşları Elnur Bağırlı və Şahin Məhərrəmov son illər ölkə QHT-lərinə verilən dövlət dəstəyi nəticəsində üçüncü sektorun sürətlə inkişaf etdiyini bildiriblər. Qeyd edilib ki, ötən 4 il ərzində Şura 1125 QHT layihəsinə 7,4 milyon manatdan artıq vəsait ayırıb.

Yerli icra strukturları, bələdiyyələr, QHT və media təmsilçilərinin iştirakı ilə keçən sessiyalarda Şuranın 2012-ci il üçün elan etdiyi maliyyə yardımı müsabiqəsinin mövzuları və müddətləri ilə bağlı suallar cavablandırılıb. QHT rəhbərləri layihələrin reallaşdırılmasına aid təkliflərlə çıxış ediblər.

Noyabrın 29-dan başlamış məlumatlandırma sessiyaları öncə Gəncə, Bərdə, Qazax, Şəmkir, Mingəçevir, Lənkəran və İmişli şəhərlərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə