İctimai davranış qaydaları təbliğ olunur

İctimai davranış qaydaları təbliğ olunur

"Cas­pi­an Pla­za" ote­lin­də Azər­bay­can Res­pub­li­ka­sı Prezidenti ya­nın­da Qey­ri-Hö­ku­mət Təş­ki­lat­la­rı­na Döv­lət Dəs­tə­yi Şu­ra­sı­nın mad­di dəs­tə­yi ilə hə­ya­ta ke­çiri­lən "Əha­li ara­sın­da ic­ti­mai dav­ra­nış qay­da­la­rı­nın tək­mil­ləş­di­ril­mə­si­nə da­ir pi­ar kam­pa­ni­ya­la­rın ke­çi­ril­mə­si, rek­lam va­si­tə­lə­ri­nin nü­ma­yi­şi və Ba­kı, Sum­qa­yıt, Qu­ba, Lən­kə­ran şə­hər­lə­rin­də­ki mək­təb­li­lər, va­li­deyn­lər, kö­nül­lü­lər üçün möv­zu üz­rə tə­lim­lə­rin təş­ki­li" la­yi­hə­si çər­çi­və­sin­də ye­kun he­sa­bat konf­ran­s ke­çi­rilib.

Bir sıra qeyri-hökumət təşkilatı nümayəndələrinin, məktəb direktorlarının, müəllim-şagird kollektivlərinin, valideynlərin iştirakı ilə keçirilən konf­ran­sı gi­riş sö­zü ilə açan "Azərbaycan Valideyn Müəllim Assosiasiyası" İctimai Birliyinin ic­ra­çı di­rek­to­ru Tə­ra­nə Şə­ri­fo­va ic­ti­mai dav­ra­nış qay­da­la­rı­nın tək­mil­ləş­di­ril­mə­si­nə da­ir la­yi­hə çər­çi­və­sin­də keçirilən sor­ğu­lar, gö­rüş­lər, də­yir­mi ma­sa­lar ba­rə­də ətraflı mə­lu­mat verib. Qeyd olunub ki, əha­li ara­sın­da bu ak­tu­al möv­zu­ya diq­qə­tin artırılması vacib məsələlərdəndir.

Eks­per­t Şa­hin Rə­cə­bov la­yi­hə­nin ma­hiy­yə­ti, gö­rü­lən iş­lər, fəa­liy­yə­tin nə­ti­cə­lə­ri ba­rə­də iş­ti­rak­çı­la­ra ge­niş mə­lu­mat verib. Pla­na mü­va­fiq ola­raq ic­ra edil­miş iş­lər­dən çə­ki­lən şə­kil­lər əyani vəsait kimi nü­ma­yiş et­di­rilib.

Mək­təb di­rek­tor­la­rı, va­li­deyn və mü­əl­lim­lər ic­ti­mai dav­ra­nış qay­da­la­rı­nın təb­li­ğinin cə­miy­yət üçün üm­də mə­sə­lə­lər­dən ol­du­ğu­nu önə çəkərək, "Azər­bay­can Va­li­deyn Mü­əl­lim As­so­sia­si­ya­sı" İc­ti­mai Bir­li­yi­nin ak­tu­al bir prob­le­mi ic­ti­mai gün­dəmə gə­tir­mə­si­ni təq­dir e­dib­lər.

5, 46, 54, 239, 276, 152 saylı mək­təb­lə­rin şa­gird­lə­ri çı­xış­la­rın­da da­ha çox ai­lə­lər­də ic­ti­mai qay­da­la­rın ge­niş ya­yıl­ma­sı­nı, mək­təb­lə ai­lə ara­sın­da bu sa­hə­də əmək­daş­lı­ğı­n genişləndirilməsini labüd hesab edib­­lər. On­lar be­lə la­yi­hə­lə­rin da­vam et­di­ril­mə­si­nin və öl­kə üz­rə küt­lə­vi maa­rif­lən­dir­mə kam­pa­ni­ya­la­rın­ın ke­çi­ril­mə­si­ni­n va­cib­li­yi­ni vur­ğu­layıb­lar.

Konf­rans­da iş­ti­rak edən mək­təb­li­lər ic­ti­mai dav­ra­nış qay­da­la­rının təb­liğinə yönələn şü­ar­ların əks olunduğu köynəklərdə ic­ti­mai yer­lər­də gəz­dik­lə­ri­ni və ha­mı­nın, xü­su­sən gənc­lə­rin bu şü­ar­lar maraqlarının artdığını bil­dirib­lər. Şa­gird­lər be­lə ak­si­ya­la­rın əhə­miy­yə­tin­dən da­nı­şa­raq ic­ti­mai dav­ra­nış qay­da­la­rı­nın təb­liğinin da­vam et­di­ril­mə­si­nin gərəkliliyini diqqətə çatdırıblar.

Mərasimdə ic­ti­mai dav­ra­nış qay­da­la­rı­nın təb­li­ği möv­zu­sun­da şa­gird­lə­rin ha­zır­la­dıq­la­rı səh­nə­cik­lər gös­tə­rilmiş­dir. So­n­da iş­ti­rak­çı­la­ra buk­let və may­ka­lar pay­lan­mış, xa­ti­rə şəkli çə­kilib.

Bütün xəbərlər Facebook səhifəmizdə