Yol qaydalarını pozan avtobus sürücüləri 40-60 manat məbləğində cərimə edilir

Yol qaydalarını pozan avtobus sürücüləri 40-60 manat məbləğində cərimə edilir

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən sonra yol qaydalarına əməl etməyən avtobus sürücülərinə qarşı cərimənin məbləği 40-60 manata qaldırılıb. Qeyd edək ki, indiyə kimi, bu məbləğ 20-40 manat idi. Cərimə avtobusu dayanacaqdan və xüsusi işarələnmiş yerlərdən kənarda saxlayan sürücülərə şamil edilir.


Bakı Şəhər Yol Polis İdarəsindən SİA-ya verilən məlumata görə, cərimənin artırılmasına səbəb avtobuslarda baş verən qəzaların sayını azaltmaqdır: "Bu il paytaxtda avtobus sürücüləri tərəfindən 91 yol qəzası qeydə alınıb ki, nəticədə də 27 nəfər həlak olub, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən illərlə müqayisədə avtobuslar tərəfindən törədilən qəzaların sayı 47, ölüm halları isə 2 dəfə azalıb. Xəsarət alanların sayı isə 36 nəfər artıb".


Qeyd edək ki, hazırda paytaxtda sərnişin daşıyan 1000-dən çox iritutumlu avtobus var.


Bütün xəbərlər Facebook səhifəmizdə