Fiziki qüsurlu şəxslər üçün xüsusi internet səhifəsi fəaliyyətə başladı- FOTO
Qrupun üzvlərindən biri və bu ideyanın müəllifi Tural Əlisov bildirib ki, www.engelsiz.az saytı hərəkət etmək, görmək, eşitmək, danışmaqda çətinlik çəkən şəxslərə bir çox sahədə dəstək olacaq: \"İnternet səhifəsini bir neçə gəncdən ibarət \"Əngəlsiz Həyat\" təşəbbüs qrupu yaradıb. Bu işdə maddi marağım yoxdur. Çünki məndə fiziki qüsuru olan bir şəxsəm. Özüm kimi Azərbaycanda sayları minlərlə olan fiziki məhdudiyyətli olan şəxslərə dəstək olmaq niyyətindəyəm\".
Qeyd edək ki, layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin aktiv sosial həyata inteqrasiyasına dəstək olmaqdır. Sayt vasitəsi ilə həmin şəxslərə öz bilik, bacarıq və qabiliyyətlərinə uyğun iş tapmaqda kömək olunacaq. Bu layihə həm də cəmiyyəti maarifləndirərək digər insanların fiziki məhdudiyyətləri olan şəxslərə qarşı daha anlayışlı olmalarına kömək edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB