Hacıqabul rayon sakinlərindən bir kiloqram narkotik müsadirə olundu
İki Hacıqabul rayon sakini Ələt qəsəbəsi ərazisində 1 kiloqramdan artıq marixuananı satarkən tutuldu. SİA-nın verdiyi məlumata görə, Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakinləri Akif İbrahimov və Aqil İbrahimov Ələt qəsəbəsi ərazisində 1 kiloqram 504,09 qram marixuananı satarkən tutulublar.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB