Arzu Rəhimov: “Ölkəmizdə yaşayan əcnəbilərin sayı 450-460 min nəfərdir”
Azərbaycan respublikasına gələn əcnəbi vətəndaşların sayı çox qısa bir zamanda dəyişib. Ən çox dövlət miqrasiya xidmətinə müraciət edərək müvəqqəti və daimi yaşamaq hüquqları əldə edən ölkələrdən biri məhz Türkiyə respublikasının vətəndaşlarıdır ki, ən çox qanunsuz miqrant da elə bu ölkədə aşkar olunub. SİA-nın xəbərinə görə, bunu bugün jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Arzu Rəhimov bildirib: "Azərbaycan respublikasında ən çox xarici vətəndaşlar ilk növbədə Rusiya, Gürcüstan , Türkiyə və İran dövlətinin vətəndaşlarıdır. Bununla belə Müstəqil Dövlətlər Birliyindən (MDB) Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan bu siyahıya daxildir. Bura həmçinin xarici ölkə vətəndaşları B.Britaniya, ABŞ vətəndaşlarını da aid etmək olar. Qanunsuz miqrasiya sahəsində bizi narahat edən ölkələr sırasında isə Pakistan və Çin dayanır"
Qanunsuz miqrantların saxlama mərkəzinin inşasına gəlincə Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri dedi ki; "Hazırda Bakı və Yevlax şəhərində bu mərkəzlərin inşası başa çatdırılıb və yaxın zamanda həmin mərkəzlərin açılışı olacaq"-deyə Arzu Rəhimov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB