QHT-lərin problemləri müzakirə olundu

QHT-lərin problemləri müzakirə olundu

Bu gün Avropa İttifaqının maliyyə dəstəyi ilə "Save the Children" (Uşaqların Xilası) beynəlxalq təşkilatı "Azərbaycanda Qeyri - Hökumət Təşkilatları qanunvericiliyinə baxış: nəticələr və tövsiyələr" mövzusunda dəyirmi masa keçirildi. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd Qeyri - Hökumət Təşkilatları ilə bağlı mövcud qanunvericiliyin ekspertizası və onun təkmilləşdirilməsi, o cümlədən qanunlarda və müvafiq normativ-hüquqi sənədlərdə olan boşluqların aradan qaldırılması ilə bağlı təkliflərin təqdimatını və müzakirəsinin təşkil etməkdir.

Müzakirələrdə millət vəkili, dövlət orqanlarının, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak edirdi.

"Save the Children" (Uşaqların Xilası) beynəlxalq təşkilatının eksperti, Milli QHT Forumunun İdarə Heyətinin sədri Aydın Kərimov QHT-lər üçün əlverişli iş mühitinin yaradılmasının vacib olduğunu dedi: "QHT-lər üçün sabit maliyyə bazasının yaradılması, əldə olunan vəsaitlərin artırılması, bu vəsaitlərin əldə olunma yolları və formalarının genişləndirilməsi üçün də iqtisadi şərait olmalıdır. Hər mövcud problemlərlə bağlı şuraya çoxlu sayda müraciətlər daxil olur. Əgər 2008-ci ildə 361, 2009-cu ildə 489, 2010-cu ildə 845 müraciət daxil olmuşdursa, bu il bu müraciətlərin sayı 1000 çatıb".


Mövcud problemlərin həlli üçün Milli QHT Forumunun İdarə Heyətinin sədri təkliflər də irəli sürdü: "QHT-lərə birbaşa maliyyə yardımı 10-12 000 000 manat həcminə qaldırılmalı, QHT-lər müxtəlif dövlət proqramlarına cəlb edilməli, maliyyələşdirilməli, dövlət sifarişlərinin yerinə yetirilməsində iştirak etməli, tətbiq edilən cərimələrin miqdarı azaldılmalıdır".

Millət vəkili Məlahət Həsənova mövcud problemlərin həlli üçün irəli sürülən təklifləri dəstəklədiyini bildirdi: "Problemlərin həlli üçün mövcud vəziyyət ictimailəşməli və bundan sonra Milli Məclisə təkliflər göndərilməlidir. Hazırda QHT-ilə bağlı qanunvericilik yoxdur. Qanun olmayan yerdə isə tələb irəli sürmək mümkün deyil".


Bütün xəbərlər Facebook səhifəmizdə