Fövqəladə Hallar Nazirliyinin yaranmasının 6-cı ildönümü münasibətilə tədbir keçirilib-FOTOSESSİYA
Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında nazirliyin yaranmasının 6-cı ildönümü münasibətilə tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirlik əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar diləyib.
Daha sonra nazir hesabat xarakterli çıxış edib. O, çıxışında bildirib ki, fövqəladə hallar orqanları qısa, lakin şərəfli yol keçib, qurumun maddi-texniki bazası yenidən yaradılıb və möhkəmlənib. Görülən işlərlə bağlı ətraflı məlumat verən Heydərov bu il ərzində FHN tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Nazir həmçinin bildirib ki, indi qurumun qarşısında duran prioritet vəzifələr regional mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsini, bütün qurumlarda xidmətin keyfiyyətcə və məzmunca yeni mərhələyə qədəm qoymasını, normativ hüquqi bazanın daha təkmil səviyyəyə çatdırılmasını təmin etməkdən ibarətdir.
İlkin Nəcəfli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB