Özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib rüşvət alan şəxslər barəsində cinayət işi başlanıb

Özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib rüşvət alan şəxslər barəsində cinayət işi başlanıb

"Özlərini Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı kimi təqdim edən şəxslər və digər neqativ hallarla bağlı 2011-ci ildə 17 iş üzrə cinmayət işi başlanılıb". SİA-nın verdiyi xəbərə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün qurumun yaradılmasının 6-cı ildönümünə həsr olunan mərasimdə bildirib.Onun sözlərinə görə 2011-ci ildə nazirliyin əməkdaşlarının qanunsuz hərəkətləri barədə FHN-ə 92 müraciət daxil olub. Respublika Baş Prokurorluğuna göndərilmiş materiallar əsasında nazirliyin qurumlarına işə düzəltmək adı ilə vətəndaşları aldadaraq pul alma faktı ilə 4 əməkdaş barədə qanunvericiliyə uyğun olaraq cinayət işi başlayıb. "Özlərini FHN-nın əməkdaşı kimi təqdim edən şəxslər tərəfindən işə düzəltmək adı ilə vətəndaşları aldadaraq onlardan pul alınması, obyektlərin istismarı, qəbulu ilə bağlı aktlara saxta möhürlərin vurulması eləcə də, yerli icra hakimiyyəti nümayəndələri tərəfindən təbii fəlakət nəticəsində dəyən ziyanla əlaqədar dövlət tərəfindən ödənilən məbləğin bir hissəsinin mənimsənilməsi və yararsız hala düşən evlərin tikintisi ilə əlaqədar rüşvət istəməsi və digər məsələlərlə əlaqədar daxil olmuş əməliyyat məlumtları əsasında 2011-ci ildə prokurorluq orqanlarına 35 material göndərilib". Nazir bildirib ki, bunlardan 17-si üzrə cinayət işi başlayıb və digərləri üzrə araşdırmalar davam edir. Həmçinin nazir qeyd edib ki, 2011-ci ildə 15 əməkdaş xidmətdən xaric edilib, 1 əməkdaş aşağı vəzifəyə keçirilib, 2 əməkdaşa xəbərdarlıq edilib, 25 əməkdaş barəsində isə digər intizam tədbirləri həyata keçirilib.


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə