Arzu Rəhimov: \"Ölkədə 11.154 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib\" - AÇIQLAMA

Arzu Rəhimov: \"Ölkədə 11.154 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib\" - AÇIQLAMA

\"Cari ilin 11 ayı ərzində 11.154 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib\". SİA-nın verdiyi xəbərə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Beynəlxalq Miqrasiya Günü ilə əlaqədar keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 2 139 nəfərin cərimə tətbiq etməklə ölkədə yaşamaları leqallaşdırılıb. 7211 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 1804 əcnəbinin isə inzibati qaydada ölkə hüquqlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Həmçinin o bildirib ki, bu ilin 11 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa və eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud icazələrin müddətlərinin uzadılması ilə bağlı 48 250 müraciət daxil olub.


Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə