Gələcəkdə təlimçi olacaq gənclərə debat bacarıqları mövzusunda təlim təşkil edilib

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi "İnsan Hüquqları üzrə" gələcəkdə təlimçi olan gənclər üçün "Debat Bacarıqları" mövzusunda təlim təşkil edib. SİA-nın xəbərinə görə, təlimçi Talıb Bayramov təlim iştirakçıları ilə tanışlıq oyunu keçib. Təlim boyunca təlimçi iştirakçılara interaktiv tədris metodu ilə debat haqqında ümumi məlumat, formal və qeyri-formal debat, debatın prinsipləri, çıxışların ardıcıllığı, format, araşdırma metodları, debat mövzusunun müəyyənləşdirilməsi, debatda meyar və arqumentlər, mövqenin əsaslandırılmasında faktlar, mötəbər və qeyri-mötəbər mənbələrin rolu və çıxışçıların rolu məsələlərini təlim iştirakçılarına çatdırıb. Təlimin sonunda iştirakçılar komandalara bölünərək öz aralarında sınaq oyunu keçirib.

Təlimin sonunda iştirakçılar tərəfindən təlimin qiymətləndirilməsi aparılıb və bu cür təlimlərin daha çox keçirilməsinin zəruriliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə