Bu gün Buta Palas-da Azərbaycanda tanınmış mobil telefon operatorlarından sayılan Azərcell-in 15 yaşı təntənəli şəkildə qeyd edilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə millət vəkilləri, ölkənin tanınmış ictimai-siyasi xadimləri, media mənsubları iştirak ediblər.
Azərcell şirkətinin rəhbəri Əli Ağan çıxış edərək qonaqları salamlayıb və şirkətin 15 ildə keçdiyi yoldan və qazandığı uğurlardan danışıb.
Qeyd edək ki, "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A.S" şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. "Azercell Telekom" MMC öz fəaliyyətinə 1996-cı ilin 15 dekabr tarixindən etibarən başlayıb və abonentlərin istifadəsinə sonradan ödəmə sistemi (abunəlik) əsasında qurulmuş mobil rabitə xidməti təqdim edib. 1998-ci ildən etibarən SimSim - öncədən ödəmə sistemi tətbiq edilib. Azercell Telekom IIP Standartı çərçivəsində bütün 12 meyara cavab verərək dünyada 36,000-dən çox IIP Standartı ilə işləyən şirkətlərin siyahısına daxil edilib.
Azercell Telekom 2000-ci ildə özünün keyfiyyət idarəetmə sistemini qurub və 7 dekabr 2000-ci il tarixində bu sistemin Beynəlxalq ISO 9001 Standartına uyğunluğu barədə Sertifikat alıb. 2003-cü ildə şirkət eyni Standartın 2000-ci il versiyasına, 2009-cu ildə isə 2008-ci il versiyasına əsasən öz keyfiyyət sistemini yeniləyib ISO 9001:2008 Standartına uyğunluq Sertifikatı əldə edib.
Şirkət bu ilin 18 noyabr tarixindən etibarən 3G xidmətlərinin göstərilməsinə başlayıb. 3G xidmətləri göstərməyə başladığı 1 həftə ərzində şirkət 100 minə yaxın abunəçini bu xidmətə cəlb edib.
Hazırda Azərcell abunəçilərinin sayı 4 milyondan çoxdur, operatorun şəbəkəsi isə Azərbaycanın (işğal olunmuş 20 faiz ərazi istisna olmaqla) 80 fazidən çox ərazisini əhatə edir. Şirkət Azərbaycanın mobil rabitə bazarının 55 faizini əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB