Uşaq hüquqlarının müdafiəsində mövcud problemlər necə həll edilməlidir? - ARAŞDIRMA

Uşaq hüquqlarının müdafiəsində mövcud problemlər necə həll edilməlidir? - ARAŞDIRMA

Son illər ölkədə mövcud uşaq müdafiəsi və qayğı sistemi ilə əlaqədar bir çox işlər görülsə də bu sahədə hələ də problemlər qalmaqdadır. Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Bu gün cəmiyyətdə kifayət qədər risk qrupuna daxil olan uşaqlar mövcuddur. Uşaq hüquqları obyektindən müstəqil insan hüquqları subyektinə çevrilməsi və həm dövlətin siyasəti, həm də ailədə uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanınması müşahidə olunur.

Onların hər birinin hüquqları qorunmalı, mövcud problemləri həll olunmalı, onların cəmiyyətə inteqrasiyası təmin edilməlidir. Bütün uşaqlar təhsil, səhiyyə və sosial xidmətlərlə təmin olunmalıdır. Bəs, görəsən bu gün uşaqlarımızı bütün bunlarla təmin edə bilirikmi?.


"Uşaqlar bizim gələcəyimizdir" devizindən "Uşaq bizim bugününmüzdür" devizinə doğru addımlar atılmalıdır


Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev hesab edir ki, bu gün "Uşaqlar bizim gələcəyimizdir" devizindən "Uşaq bizim bugününmüzdür" devizinə doğru addımlar atılmalıdır. Onun sözlərinə görə, bu gün uşaqların qayğısına qalmasaq sabaha cinayətkar, zorakılığa məruz qalan, narkotik vasitə istifadəçisi, əməyi istismar olunan, keçədə yaşayan və normal ailə dəyərlərinə malik olan g\'nc nəsil yetişəcək. Bunun üçün hər kəs birlikdə çalışmalııdır: "Bu gün uşaqlar üçün müxtəlif icma və ya reabilitasiya əsaslı mərkəzlərin yaradılmasına nail olmalıyıq. Risk qrupuna daxil olan ailələrə xidmətlərin sərbəst çıxış imkanı olmalıdır. Heç bir qurum gözləməməlidir ki, o uşaq müəyyən hadisədən sonra köməklik edilsin. Bu yaxınlarda Alyansın zorakılıq mərkəzinə 16 yaşlı qız daxil olub və əmisi tərəfindən cinsi zorakılığa məruz qalıb. Əgər ölkədə belə icma və ya reabilitasiya mərkəzləri olsaydı, o qız ilk anda həmin təşkilatlar müraciət edərdi və mütəmadi bu hallara məruz qalmazdı".


Uşaq hüquqları ilə bağlı Azərbaycanda ən böyük problem alimentlə bağlıdır


N.Quliyev qeyd edib ki, bu gün Azərbaycanda ən böyük problem alimentlərlə bağlıdır. Onun sözlərinə görə, bəzən öz hüququnu yaxşı bilməyən və tələb etməyən ana hətta məhkəminin təyni etdiyi alimenti almaqda çətinlik çəkir. N.Quliyev bildirib ki, aliment uşaqların həyat səviyyəsi və yaşayışına uyğun olmalı, icra məsələləri çox önəmlidir.


Ölkədə uşaqlara qarşı zorakılığı qadağan edən qanun qəbul edilməlidir


Təşkilat nümayəndə vurğulayıb ki, 2009-cu ildə Avropa Şurası təşkilata üzv olan dövlətlərə Uşaqlara qarşı zorakılığı qadağan edən qanunun qəbul edilməsi ilə müraciət edib. Azərbaycanda belə bir qanunun olmadığını deyən N.Quliyev qeyd edib ki, ombudsman tərəfindən belə bir qanun hazırlanaraq Milli Məclisə təqdim olunub. O, gələcək illərdə bu qanunun qəbul ediləcəyinə inandıqlarını deyib.


Yuvenal Ədliyyə ilə bağlı qanunun qəbul edilməsi isə uşaqları ağır cəzalardan qorumaq mümkün olar


İdarə Heyətinin sədri qeyd edib ki, ölkədə Yuvenal Ədliyyə ilə bağlı qanunun qəbul edilməsi uşaqları ağır cəzalardan qorumaq mümkün olar: "Yuvenal Ədliyyədə 3 ünsür var. Cinayət törətməyə qarşı mübarizə, uşaqları cinayət törətməkdən qorumaq, cinayət törədərkən onların səmərəli müdafiəsi və cinayət törədən uşaqların sosial reabilitasiyasıdır. Hazırda qanunvericilikdə bunlardan yalnız biri öz əksini tapıb ki, bu da cinayət törədən uşaqların hüquqlarının qorunmasıdır. Amma onun qarşısını almaq və sonradan reabilitasiyasında çox böyük problemlər var".


Hər halda uşaq hüquqlarının qorunması istiqamətində birgə səylər göstərilməli və mövcud problemlər həll edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə