“Böyük Bakının Regional İnkişaf Planı” gələn hazır olacaq

“Böyük Bakının Regional İnkişaf Planı” gələn hazır olacaq

2012-ci ilin sonlarına kimi "Böyük Bakının Regional İnkişaf Planı" layihəsi üzərində iş yekunlaşacaq. SİA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sədri Cahangir Qocayevin verdiyi məlumata görə, hazırda Bakı Dövlət Layihəcəkmə İnstitutu, bir sıra müəssisə və şırkətlərlə birlikdə sözügedən planın konsepsiyası üzərində işi davam etdirir: "Bu plan çox iri və mühüm olduğundan ciddi yanaşma tələb edir".


Qeyd edək ki, sözügedən plan çərçivəsində Azərbaycan Dram Teatrından Nərimanov prospektinə ("Sovetski") kimi olan ərazinin yenidən qurulması nəzərdə tutulur.

Hazırda isə Heydər Əliyev prospektindən Füzuli meydanına kimi olan ərazidə tikinti işləri aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə