Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin 3-cü qurultayı öz işinə başladı
Bu gün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) "Heydər Əliyev Torpaq İslahatı Məktəbi"ndə Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin (ATC) 3-cü qurultayı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunan qurultayda DTXK-nin sədri, AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov aqrar sahədə görülən işlər, əldə olunan müvəffəqiyyətlərdən söz açıb.
Ölkədə uğurla aparılan torpaq islahatının nəticəsində 2010-cu illə müqayisədə 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına görə ölkə üzrə ümumidaxili məhsulun 0,5 faiz artdığını söyləyən Q.Məmmədov qeyri-neft sektorunda bu artımın 8,0 faiz, kənd təsərrüfatı məhsullarının istehsalında isə 7,6 faiz olduğunu bildirib. O, dünyanın nüfuzlu təşkilatı olan Dünya İqtisadi Forumunun ölkənin rəqabət qabililiyyətliyi ilə bağlı növbəti hesablamalarda Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirərək 55-ci yerə layiq gördüyünü, bütün MDB məkanında iqtisadiyyatın rəqabət qabililiyyətliyinə görə ölkəmizin 1-ci yerdə olduğunu nəzərə çatdırıb.
Tədbirin davamında AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev, Azərbaycan Dövlət Aqrar Universitetinin şöbə müdiri, professor Amin Babayev, kənd təsərrüfatı elmləri namizədi Vilayət Həsənov məruzələrlə çıxış ediblər. Tədbirdə torpağın istifadəsi və qorunması, kənd təsərrüfatının inkişafı üçün əkin sahələrinin artırılması və digər mövzular ətrafında müzakirələr aparılıb.
Səsvermə yolu ilə ATC-nin yeni tərkibi seçilib. Uzunmüddətli fəaliyyətlərinə görə 5 nəfər ATC-nin fəxri üzvü, Q.Məmmədov isə yenidən ATC-nin prezidenti seçilib.
Qeyd edək ki, qurultay öz işini 17 dekabradək davam etdirəcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB