Gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan aksiya keçiriləcək
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva ilə "İrəli" İctimai Birliyinin gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan birgə layihəsi həyata keçiriləcəkdir. SİA-nın xəbərinə görə, layihənin məqsədi uşaqlar, yeniyetmələr və gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, milli vətənpərvərlik ruhunu aşılamaq və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasını təbliğ etməkdir. Layihə çərçivəsində T.Ağayevanın vətənpərvərlik ruhunda yazılmış mahnılarından ibarət "Anam Azərbaycan" adlı diski pulsuz olaraq uşaq bağçalarına, orta məktəblərə və ali təhsil ocaqlarına paylanılacaqdır.
Diskə 13 mahnı daxildir, onlardan 2-si instrumental versiyada hazırlanıb. "Ölkəm" romansı istisna olmaqla, albomda yer alan bütün mahnıların müəllifi Tünzalə Ağayevadır, sözləri isə Səməd Vurğun, Mirvarid Dilbazi, Sədaqət Kərimovaya məxsusdur.
Diskə daxil olan mahnılardan üçünün sözləri isə millət vəkili Qənirə Paşayevaya məxsusdur.
Layihə çərçivəsində ilk aksiya bu ilin dekabrın 26-da "Çeburaşka" uşaq bağçasında başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB