Qərb bölgəsində kənd təsərrüfatı məhsullarının analizi üçün hər cür şərait yaradılıb - FOTO
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi İdarəsinin təcrübə sınaq sahəsində yaradılan laboratoriya genişləndirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, laboratoriyaya başda Almaniya olmaqla bir sıra ölkələrdən yeni avadanlıqlar gətirilib. Artıq ölkənin qərb bölgəsində bütün kənd təsərrüfatı məhsullarının analizlərinin aparılması üçün istənilən şərait yaradılıb. Ayrıca alkoqollu içkilərin keyfiyyətinin yoxlanılması istiqamətində də lazımı imkanlar istifadəyə verilib. Məqsəd əhaliyə satılan məhsulların keyfiyyətinə nəzarəti gücləndirməkdir.
Qeyd edək ki, laboratoriya təxminən 1 il bundan öncə fəaliyyətə başlayıb. Ancaq bu gün sınaq məntəqəsi tam şəkildə kompleksləşdirilib. Bu isə o deməkdir ki, sahibkarların daha Bakıya getməsinə ehtiyac qalmayacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB