“Azərbaycanda Uşaq müdafiə sistemi: mövcud durum və çətinliklər”

“Azərbaycanda Uşaq müdafiə sistemi: mövcud durum və çətinliklər”

Bu gün "Azərbaycanda Uşaq müdafiə sistemi: mövcud durum və çətinliklər" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, dövlət qurumları və QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə QHT Alyansının uşaq hüquqlarının qorunması istiqamətdə bəzi məsələlərin müzakirəsi, BMT-nin Uşaq Hüquqları Komitəsində Uşaq Hüquqları Konvensiyasının icrası və Azərbaycan hökumətinin hesabatı ilə bağlı müzakirələr aparılıb.


Tədbirdə çıxış edən Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bildirib ki, son dövrlərdə mövcud uşaq müdafiəsi və qayğı sistemi ilə əlaqədar bir çox işlər hətyara keçirilsə də, bəzi məsələlər hələ də öz həllini tapmayıb. Onun sözlərinə görə, ölkədə uşaq müdafiə mexanizmlərinin gücləndirilməsi ilə əlaqədar Yuvenal Ədliyyə və Uşaqlara qarşı zorakılığı qadağan edən qanunun qəbul edilməsinə ehtiyac var. N.Quliyev vurğulayıb ki, Azərbaycanda inkluziv təhsillə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, küçə uşaqları üçün sığınacaq və ya reabilitasiya mərkəzinin, zorakılığa məruz qalan uşaqlar üçün reabilitasiya mərkəzinin və himayədar ailələrin yaradılması lazımlı məsələlərdəndir.


Tədbirin davamında dövlət orqanlarını narahat edən bəzi məsələlərlə bağlı təkliflər səsləndirilib. Qeyd olunub ki, bu işlərdə əh mühüm məsələ uşaq hüquqları və KİV münasibətlərinin lazımi səviyyədə qurulmasıdır. Bundan əlavə, kooperativ sosial məsuliyyət, alternativ qayğı sistemi, uşaqların hüquqlarının müdafiə edilməsi və bu kimi digər məsələlər ətraflı şəkildə müzakirə olunub, rəy və təkliflər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə