İranın Kənd Təsərrüfatı nazirinin müavini və İran Balıqçılıq Təşkilatının sədri Qulamirzə Rəzzaqinin başçılığı etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. SİA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami deyib. O, qeyd edib ki, səfərin məqsədi Bakıda keçirilən Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclasında iştirak etməkdir.
Qeyd edək ki, iclasda Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan nümayəndələri iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB