Səfir: “Xəzər dənizinin müxtəlif növ balıq və bioresursları azalıb”

Səfir: “Xəzər dənizinin müxtəlif növ balıq və bioresursları azalıb”

Son illər ərzində Xəzər dənizinin müxtəlif növ balıq və bioresurslarının azalması Xəzəryanı dövlətlərin narahtlığına səbəb olub. SİA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami deyib. Xəzərdə nərə balıqlarından istifadə etmək üçün ölkələr arasında Xəzərin resurslarının birgə qorunması üzrə idarəçilik sisteminin yaradılma zəruriliyini vurğulayan səfir bildirib ki, əks təqdirdə yaxın gələcəkdə Xəzərin bioresurslarının kəskin surətdə azalmasının şahidi olacayıq: " Əgər nərə balıqların qanunsuz ovlanması eyni zamanda sahilyanı dövlətlərin Xəzər dənizindəki müştərək resursları qorunması və istifadə edilməsində idarəçilik sistemlərində uyğunsuzluq olduğu kimi davam edərsə, Xəzərin qiymətli resursları aşağı səviyyəyə düşəcək".

M. Bəhrami həmçinin qaçaqmalçılıq və çirkləndirici sənaye tullantılarının Xəzər dənizinə axıdılmasını nərə balığı resurslarının azalmasına əsas amil kimi göstərib. O, qeyd edib ki, qanunsuz ovla mübarizə və bu balıqların ovlanması və çoxaldılması üzrə düzgün idarəçiliyin tətbiq edilməsi Xəzər dənizində sözügedən balıqların nəslinin çoxaldımasına çox böyük təsir göstərəcəkdir: " Beş Xəzəryanı ölkə bu dənizin bioresurslarının qorunması istiqamətində kompleks sürətdə addımlar atmalıdır. Birgə əməkdaşlıq fəaliyyətimiz nəticəsində bu sahədəki problemləri tədricən aradan qaldırmaq mümkün olar".

Bütün xəbərlər Facebook səhifəmizdə