Hüquqşünas: “Uşaq əməyinin istismar olunmasında valideyinlərin üzərinə böyük iş düşür”

Hüquqşünas: “Uşaq əməyinin istismar olunmasında valideyinlərin üzərinə böyük iş düşür”

Azərbaycan dövləti bu sahədə böyük işlər görür. Təbii ki, burada valideyinlərin üzərinə böyük iş düşür. Onlar uşaqların maarifləndirilməsinə, təhsilinə daha çox fikir verməlidirlər. Bunu SəsTV-yə açıqlamasında siyasi ekspert, hüquqşünas Vüsal Quliyev bildirib.

"Beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan qanunvericiliyində, Konstitusiyada göstərilib ki, Azərbaycan əgər hər hansı bir beynəlxaq müqaviləyə qoşulursa, onun maddələrini birbaşa Azərbaycanda istifadə edə bilər. İkinci, qanunun Konstitusiyada göstərilməsidir. Təbii ki, qanunvericilikdə bir sıra əlavə və dəyişikliklər olmalıdır", deyə V.Quliyev qeyd edib.

V.Quliyevin sözlərinə görə, uşaq əməyinin istismarı ilk növbədə "Uşaq Hüquqları Konvensiya"sı tərəfindən tənzimlənir: "20 noyabr 1999-cu ildə qəbul edilmiş bu konvensiyaya Azərbaycan respublikası da qoşulub. 54 maddədən ibarət olan "Uşaq hüquqları" əsasən 4 istiqamətdə müəyyənləşdirilib. Azərbaycanda isə bu konstitusiya ilə tənzimlənir. Burda qeyd olunur ki, ümumiyyətlə uşaqlar dövlət himayəsi altındadırlar və 15 yaşına çatmayan uşaqların hər hansı bir işdə işləməsi qadağan edilir. Uşağın həyatına, mənəviyyatına ziyan verən işlərdə də onun işləməsi qadağan olunur".

Ekspert konstitusiyanın 42-ci maddəsində öz əksini tapan uşaqların təhsil almaq hüququndan da danışıb: "Uşaqların ilk növbədə təhsil almaq hüququ var. Bu da dövlət tərəfindən təmin olunur"- deyə Vüsal Quliyev bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə