Gəncədə QİÇS-ə yoluxanların sayı 50-yə yaxındır

Gəncədə QİÇS-ə yoluxanların sayı 50-yə yaxındır

Respublikada QİÇS xəstəliyinə yoluxanların sayı 3 minə çatıb. Gəncədə bu say 50-yə yaxındır. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzini Şöbə müdiri Almaz Tomiyeva bildirib. Onun sözlərinə görə, Azərbaycan bu xəstəliklə dünya ölkələri arasında sonuncu yerləri tutsa da ötən illərlə müqayisədə xəstəliyin artdığı müşahidə olunmaqdadır: "Gəncədə bu xəstəliyə yoluxan soydaşlarımızın əksəriyyəti, başda Rusiya olmaqla xarici ölkələrdə yaşayan və sonradan şəhərə qayıdan şəxslərdir. Bir digər fakt isə ondan ibarətdir ki, Azərbaycanda, o cümlədən Gəncədə QİÇS xəstəliyi daşıyıcıları daha çox narkomanlardır. Hazırda respublikada bu istiqamətdə tədbirlər davam etməkdədir. Müxtəlif mərkəzlər yaradılıb, QHT-lər də problemin həllinin aradan qaldırılmasına cəlb olunub. Ancaq, hələlik nəticə ürəkaçan şəkildə deyil".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə