Azərbaycanlı alim İlham Mirzəyev Beynəlxalq Konfransda çıxış edəcək
Məlum olduğu kimi 2009-cu il Bakı İslam Mədəniyyətinin Mərkəzi seçilib. 2011-ci ildə isə İslam mədəniyyəti mərkəzi Əlcəzair (Tlemsen) şəhəri seçilib. Həmin şəhərdə dekabrın 17-dən 21-dək Tlesmen şəhərində "İman Yolları" Beynəlxalq Konfransı keçiriləcək. SİA-nın xəbərinə görə, Konfransa 52 ölkədən nümayəndə dəvət edilib. Konfrans Milli Elmi Araşdırmalar Mərkəzi (ÇNRPAH) tərəfindən təşkil olunub. Tədbirin təşkilatçısı doktor, professor Zaim Xenşlavidir. Dəvət olunmuş nümayəndə heyətinin tərkibində Azərbaycan alimləri də təmsil olunacaq. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun alimləri psixologiya elmləri doktoru İlham Mirzəyev, fəlsəfə elmləri doktorları Zöhrə Əliyeva, İmamverdi Həmidov bu tədbirdə Azərbaycanı təmsil edəcəklər. Konfransda İlham Mirzəyev "İman yollarından İslam sivilizasiyasına" adlı məruzə ilə çıxış edəcək.
Xatırladaq ki, Azərbaycanla Əlcəzair arasında mənəvi körpünün təməli XIV əsrdə qoyulmuş olsa da ilk dəfədir ki, ölkəmizdən belə bir sayda Azərbaycandan Əlcəzairə böyük bir alim dəstəsi dəvət olunur. Qeyd edək ki, 2013-cü il YUNESKO tərəfindən Şeyx Səid Yəhya Bakuvi ili elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB