Ötən gecə Sumqayıt şəhərinin Bakı küçəsində Mahir Mahmudov "VAZ- 2107" markalı 90-XR- 046 dövlət nömrə nişanlı avtomaşını idarə edərkən qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxaraq, "Opel Vectra" markalı avtomobillə toqquşub.
Sumqayıt şəhər Dövlət yol polis şöbəsinin təbliğat inspektoru, polis kapitanı Nizami Yusifovun SİA-ya verdiyi məlumata görə, nəticədə Opelin sürücüsü Rəşad Həsənquliyev ağır bədən xəsarəti ilə Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Eyni zamanda "VAZ-2107" markalı avtomaşının sürücüsü də xəsarətlə həmin xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB