Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Şirvan Milli Parkı və Mahmudçala gölü ərazilərində quşları müşahidə etmə (Bird Watching) turizm növü üzrə xüsusi marşrut təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən SİA-ya verilən məlumata görə, bu marşrutla təşkil olunan ilk səfərdə Nazirlik nümayəndəsi, Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları, turizm şirkətlərinin əməkdaşları iştirak ediblər. Ekskursiya Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri E.Sultanov tərəfindən aparılıb və turizm şirkətlərinin nümayəndələrinin böyük marağına səbəb olub. İnfoturun keçirilməsində əsas məqsəd yerli turizm şirkətlərinin ölkəmizdə bu turizm növünün potensialı haqqında geniş məlumat əldə etməsidir. Eyni zamanda, layihənin həyata keçirilməsi nəticəsində iştirakçılar Şirvan Milli Parkı və Mahmudçala gölü ərazilərində quşları müşahidə etmə (Bird Watching) potensialı haqqında ətraflı məlumat və belə turların təqdimatı üzrə lazımi vərdişlər əldə ediblər.
İnfotur layihəsi çərçivəsində iki müxtəlif (Bird Watching) quşların müşahidəsi üzrə marşrutun texniki pasportu hazırlanaraq turizm şirkətlərinə təqdim ediləcək. Bu da turizm şirkətlərinə yeni növ turizm məhsulunu beynəlxalq və yerli bazara çıxarmaq imkanı yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB