Həkimin sözlərinə görə, xalq artistinin vəziyyəti dünəndən daha da pisləşib: \"Bütün orqanizmi fəaliyyətini dayandırmışdı. Bu gün Bakı vaxtı ilə saat 13.00-da dünyasını dəyişdi. Hazırda xanəndənin meyidi İstanbulun Acıbadem Xəstəxanasındadır. Mərhumun yaxınları nə zaman istəsə o zaman biz cənazəni təhvil verəcəyik\".
Qədir Rüstəmovun həyat yoldaşı isə qeyd edib ki, hazırda Azərbaycanın İstanbuldakı konsulluğunun nümayəndələri xəstəxanadadır. Cənazənin Bakıya gətirilməsi istiqamətində işlər aparılır. Cənazənin bu gün axşama qədər paytaxta gətirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, Qədir Rüstəmovun beynində şiş aşkarlanmışdı. O, bir neçə ay öncə Türkiyəyə müalicəyə aparılmışdı və radioterapiya alırdı. Lakin Bakıya gəlməsinə bir gün qalmış vəziyyəti pisləşib və komaya düşüb. Xalq artisti oktyabrın 19-dan komada idi.
Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib. Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb.
Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilir.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB