Tariyel Məmmədli: \"Xəzər dənizində nərəcinsli balıqların sayı ilbəil azalır\"
"Xəzər dənizində nərəcinsli balıqların sayı ilbəil azalır. Buna səbəb dənizdə "daraqvari – mnemiopsisledi"nin artmasıdır". SİA-nın məlumatına görə, bunu Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktor müavini Tariyel Məmmədli jurnalistlərə açıqlamasında bildirib.
Direktor müavininin sözlərinə görə, son 10 ildə Xəzərdə nərəcinsli balıqların sayı təxminən 10 dəfə azalıb: "Xəzərdə nərəcinsli balıqların ovlanması ilə bağlı qadağa haqqında saziş bir il ərzində bağlana bilər. Azərbaycan sazişin bütün detalları ilə bağlı artıq öz təkliflərini verib, prinsipcə razıdır. O biri Xəzəryanı ölkələr fikirlərini deyəcək və ümumi rəyə gəlinəcək. Bundan sonra bəzi detalları işçi qrupu işləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB