Bu gün Yeni Azərbaycan Partiyasının Səbail rayon Təşkilatının IX konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransa başlamazdan öncə katiblik seçilib və gündəlikdə duran 5 məsələ açıqlanıb.
İclasda çıxış edən YAP Səbail rayon Təşkilatının sədri Zahid Qaralov bildirib ki, 23500 nəfərlik partiya üzvlərindən 377 nəfər bu konfransa nümayəndə seçilib. Onun sözlərinə görə, 17 nəfər üzrlü səbəblərdən iştirak etmədiyindən, konfransa 360 nəfər iştirak edib. O, YAP Səbail rayon Təşkilatının ötən VIII konfransından keçən zaman ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
"Ötən dövrdən bu günə kimi partiya üzvlərinin sayı 21 mindən 23500 nəfərə çatıb. Onların sayında qadınlar və gəncləri sayı da artıb. Bu gün partiya üvzlərinin 66%-ni gənclər, 57%-ni isə qadınlar təşkil edir. Partiya üzvləri ictimai-siyasi həyatda da fəallıq göstərir. 17 nəfər hüquq-mühafizə orqanlarında işə keçdiyi üçün partiya sıralarından çıxarılıb. 7 nəfər isə partiya nizamnaməsini pozduğuna görə partiyadan uzaqlaşdırılıb. Ərazi təşkilatlarından 478 nəfər partiyanın rəhbər oqranlarına seçilib. Ötən dövrdən bu günə kimi partiyanın Səbail rayon Təşkilatına 4225 müraciət daxil olub. Bunun 3097-si partiya üzvlüyünə qəbulla bağlı, 168-I müxtəlif məsələlər üzrə şəxsi müraciətlər, 672-si isə partiyaya aidiyyatı olmayan məsələlərdir", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən qonaqlar partiyanın ötən konfransdan keçən dövr ərzində görülən işlər, əldə edilən nailiyyətlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat ediblər. Konfrans öz işini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB