Dekabrın 17-si şənbə günü saat 9.00-dan günorta saat 13.00-dək Dənizkənarı Bulvarda növbəti dəfə bütün karusel və atraksionlar 15 yaşadək uşaqların istifadəsinə pulsuz veriləcək. Dənizkənarı Bulvar idarəsinin rəsi müavini Nazim Məcidovun SİA-ya verdiyi məlumata görə, burada əsas məqsəd imkanı olmayanların da bu atraksionlardan istifadə edərək əylənməsi və istirahətini səmərəli, mənalı keçirməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə