“Azərbaycan və Türkiyədə İnstitutların Quruluşunda Ardıcıllığın Rolu”

“Azərbaycan və Türkiyədə İnstitutların Quruluşunda Ardıcıllığın Rolu”

Gəncədə "Azərbaycan və Türkiyədə İnstitutların Quruluşunda Ardıcıllığın Rolu" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə açan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin Prezidenti Leyla Əliyeva bildirib ki, demokratik Azərbaycanın tarixində Gəncə ilk paytaxt şəhər olub. Azərbaycanda institutuların quruluşu tarixindən danışan Leyla Əliyeva qeyd edib ki, hər-hansı bir ölkədə avtoritar rejimin qurulması heç də institutların ardıcıllığını təmin etmək deyil.

Türkiyəli qonaq, İstanbulun Bahçeşehir Universitetinin professoru Ali Resul Usul vurğulayıb ki, Türkiyədə demokratiyaya keçid yalnız 5-ci illərdə başlayıb. "O zaman Türkiyə qərb strukturlarına, xüsusən NATo-ya inteqrasiya prosesinə qatılmağa başlamışdı. Bu istiqamətdə xüsusilə İsmət Önünün zəhmətinin xüsusi ilə qeyd etmək istərdim"- deyərək, Ali Resul vurğulayıb.

Tanınmış jurnalist, Regnum informasiya agentliyinin eksperti Zəfər Quliyev çıxışında bildirib ki, heç bir ölkədə ola bilməz ki, şəxsiyyətpərəstlik rejimində demokratik islahatlar aparılsın. Bunun qeyri-mümkün olduğunu deyən Z.Quliyevin fikrincə, bu gün Azərbaycan demokratiyaya ardıcıllıq yolu ilə yox, digər yollarla çatmalıdır. Bunun üçün də ciddi bir impuls olmalıdır.

Sonda jurnalist Zakir Muradın "Hüsameddin Tugac. İki cumhuriyyetin esgeri" filmi konfrans iştirakçılarına nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə