Görkəmli alim Abuzər Xələfovun 80 illik yubileyi qeyd olunub

Görkəmli alim Abuzər Xələfovun 80 illik yubileyi qeyd olunub

Dünən AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış alim, əməkdаr еlm хаdimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 80 illik yubileyi ilə əlaqədar konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın tanınmış elm adamları, həmçinin respublikamızda fəaliyyət göstərən kitabxanaların rəhbər və əməkdaşları, alimin yetirmələri iştirak ediblər.

Konfransı giriş sözü ilə AMEA prezidenti Mahmud Kərimov açaraq alimin Azərbaycanda kitаbхаnаşünаslıq elminin bir elm kimi təşəkkül tapmasında, inkişaf etdirilməsi istiqamətində yorulmaz fəaliyyətindən danışıb. O bildirib ki, alimin gərgin əməyi nəticəsində kitаbхаnаşünаslıq elmi digər elmlər sırasında özünə yer tapmış, ölkəmizdə önəmli peşələrdən birinə çevrilib.

Kitabxananın direktoru, fil.e.d. Aybəniz Əliyeva-Kəngərli "Milli ziyalılıq meyarı" adlı məruzə ilə çıxış edərək A.Xələfovun elmi, pedaqoji və idarəçilik fəaliyyətinin ilk dövrlərdən başlayaraq hazırkı dövrədək olan məqamlarına nəzər salıb. O bildirib ki, A.Xələfov bu elm sahəsi üzrə ilk dəfə olaraq namizədlik və doktorluq dissertasiyaları müdafiə edib, kit
аbхаnаşünаslığın bir elm olmasını sübuta yetirib və onun elmi cəmiyyətdə qəbul edilməsinə nail olub. Digər alimlər A.Xələfovun elmi fəaliyyətindən söhbət açaraq bildiriblər ki, alimin gördüyü bütün işlər, yazdığı kitablar, yaratdığı elmi irs onu tarix boyu yaşadacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə