AGAT-ın sədri Brüsseldə beynəlxalq konfransda iştirak edir

AGAT-ın sədri Brüsseldə beynəlxalq konfransda iştirak edir

Brüsseldə "Vətəndaş Cəmiyyəti Nümayəndələrinin Xalq Diplomatiyası Fəaliyyəti" adlı beynəlxalq konfransda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova da iştirak edir.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iki gün ərzində NATO-nun Brusseldəki baş qərərgahında siyasi və təhlükəsizlik uzrə fəaliyyət gostərən ekspertlərlə və yuksək səviyyəli rəsmiləri ilə görüş keciriləcək. NATO-nun Cənubi Qafqaz siyasəti barədə ətraflı məlumat veriləcək, eyni zamanda gələcək perspektivlər muzakirə olunacaq. Tədbirdə iştirak edən AGAT sədrinin mövzu ilə bağlı cıxışı planlaşdırılıb.

Tədbir NATO-nun dəstəyi və təşkilatçılığı ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə